Somalinin paytaxtı Moqadişoda iki terror aktı nəticəsində 23 nəfər ölüb, 30 nəfər yaralanıb. APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, ölənlər arasında azı 3 azyaşlı uşaq və məmurlar var.

“Aş Şəbab” hücuma görə məsuliyyəti öz üzərinə götürüb.