“Məqsədlərdən biri “Qarabağ”a Qarabağı qaytarmaqdır"

“Əgər bir ölkənin hakimiyyət komandası Bakı-Tiflis-Qars kimi Asiyanı Avropaya, bütün türk dövlətlərini bir-biriylə polad qollarla birləşdirən qlobal bir layihəni reallaşdırmağı bacarırsa, o ölkənin futbol komandasının - "Qarabağ"ımızın "Atletiko"yla qarşılaşmada göstərdiyi əzmkar oyuna sevinmək olar, təəccüblənmək yox”.

Metbuat.az-ın məlumatına görə, bunu, millət vəkili, politoloq Sahib Alıyev məlumat verib. Deputat açıqlamasında deyib: “Anlayanlar bilirlər, Bakı-Tiflis-Qarsın reallaşdırılmasında güdülən məqsədlərdən biri də elə "Qarabağ"a Qarabağı qaytarmaq, onun doğma meydançada keçirəcəyi oyunları izləmək üçün paytaxtdan Ağdama azarkeşlərlə dolu qatarlar göndərməkdir.

Əslində "Qarabağ" özü də təkcə futbol oynamır, həm də Bakıdan Qarabağa yol çəkir”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR