Azərbaycan çempionatında lisenziyası olmayan futbolçu aşkarlanıb
Paylaş
55 baxış·1 dəq oxu
Bakı. 1 noyabr. REPORT.AZ/ AFFA 11 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatında lisenziyası olmayan oyunçu aşkarlayıb. "Report"un məlumatına görə, həmin futbolçu UGİM (Mingəçevir) komandasının heyətində yer alıb və UGİM (Bərdə) ilə görüşdə iştirak edib. AFFA İntizam Komitəsi kluba 0:3 hesablı texniki məğlubiyyət verib.