Multikulturalizm Mərkəzinin sertifikatları təqdim edilib

13:53 6 Aprel 2015
40 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Azərbaycan multikulturalizmi” fənninin universitetlərdə tədrisi üçün kadrların hazırlanması məqsədi ilə təşkil etdiyi təlimlərin birinci mərhələsi başa çatıb. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərliyi ilə keçirilən müşavirədə təlimlərdə iştirak edən 15 müəllimə sertifikatlar təqdim olunub.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, təlimlərin birinci mərhələsində Azərbaycan Dillər Universitetinin, Bakı Slavyan Universitetinin, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin müəllimləri və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi iştirak edib.
Təlim iştirakçıları Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyası nümayəndələrinin Azərbaycan multikulturalizminin tarixi və müasir dövrü, dövlətimizin multikulturalizm siyasəti barədə mühazirələrini dinləyiblər.
Təlimlər dörd mərhələdən ibarətdir və hər biri iki ay boyunca davam edir. Mühazirələr hər həftənin şənbə günü Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilir. Hər mərhələnin sonunda təlim iştirakçıları Multikulturalizm Mərkəzinin sertifikatlarını əldə edir və növbəti semestrlərdə “Azərbaycan multikulturalizmi” fənnini tədris edən müəllimlərin sırasına qoşulurlar.
Xatırladaq ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xarici universitetlərdə tədris olunması layihəsi çərçivəsində bu fənn artıq 7 xarici ali təhsil ocağında tədris edilir. Universitet tələbələri “Azərbaycan multikulturalizmi” fənni üzrə bütün yaz semestri boyunca təhsil alacaqlar. Gələn semestrlərdən isə bu fənnin tədris ediləcəyi universitetlərin sırasına yeniləri əlavə olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Multikulturalizm_Merkezinin_sertifikatlari_teqdim_edilib-843837

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR