Yəmən: Hava zərbələri husilərin Ədən limanına doğru irəliləməsinə mane ola bilmir

Yəmən: Hava zərbələri husilərin Ədən limanına doğru irəliləməsinə mane ola bilmir
14:13 6 Aprel 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+



Bakı, 6 aprel, AZƏRTAC
Yəməndə “Ənsar Allah” hərəkatının tərəfdarları olan husi-şiə üsyançıları ölkənin cənubunda yerləşən Ədən şəhərinə hücumlarını davam etdirirlər. Bəzi küçələrdə şiddətli döyüşlər getdiyi bildirilir. Üsyançılar ağır silahlardan, o cümlədən tanklardan istifadə edərək əsas hədəflərinə – Ədən limanına doğru irəliləyirlər.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın endirdiyi hava zərbələri husilərin hücumlarını dayandıra bilmir. Koalisiyaya məxsus təyyarələr əsasən ölkənin paytaxtı Səna şəhərindəki şiə mövqelərini bombardman edirlər. Ədənin özündə isə zərbələr şəhərə doğru hərəkət edən üsyançı dəstələrinə və onların liman yaxınlığındakı birləşmələrinə endirilir. Eyni zamanda koalisiya aviasiyası yerli əhalidən təşkil olunmuş qanuni hakimiyyət tərəfdarlarına - könüllülərdən ibarət xalq müqavimət komitəsi döyüşçülərinə silah və sursatla dolu yüklər çatdırırlar.
Aprelin 5-də Beynəlxalq Qırmızı xaç təşkilatı Yəmənə humanitar yardım çatdırılması üçün Səudiyyə Ərəbistanından razılıq alıb. Çadır, generator, tibbi ləvazimat və avadanlığın olduğu ilk yardım reysinin artıq bu gün Səna şəhərinə yollanacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yemen_Hava_zerbeleri_husilerin_Aden_limanina_dogru_irelilemesine_mane_ola_bilmir-843846

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR