“Report”un məlumatına görə, toplantı Bakı Olimpiya Stadionunda keçirilir.
İclasda AFFA prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezidenti Elşad Nəsirov, üzvlərdən AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, təhsil nazirinin müavini Firudin Qurbanov, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, Futzal Federasiyasında Mahir Məmmədov, Sahə Futbol Federasiyasından Zaur Axundov, veteran futbolçular Kazbek Tuayev və İskəndər Cavadov iştirak edirlər. Yalnız xarici işlər naziri Elmar Məmmədyarov toplantıya qatılmayıb.
İclasda eyni zamanda AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və digər rəsmi şəxslər yer alıb.
Gündəliyə aşağıdakılar daxildir:
1. Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi
2. AVRO-2020-nin final mərhələsinə vəsiqə uğrunda komandaların keçməli olduğu yol barədə prezentasiya
3. Digər məsələlər
İclas başa çatdıqdan sonra mətbuat nümayəndələri üçün brifinq keçiriləcək.