Nalbandyan və Lavrov Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər

15:27 6 Aprel 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 15:21 ]

Bakı. Ülkər Bəkirli - APA. Ermənistan və Rusiya xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, aprelin 7-8-də Moskvaya səfər edəcək Ermənistan xarici işlər naziri Edvard Nalbandyan rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Görüşdə iki ölkə arasındakı siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlıq, xarici siyasətin koordinasiyası, BMT, ATƏT, QİƏT, o cümlədən Rusiyanın ATƏT-in Minsk Qrupu öhdəçiliyi əsasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında fikir mübadiləsi aparılacaq. 


Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, E. Nalbandyanın Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşü də nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378569

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR