ABŞ ilk dəfə olaraq İŞİD-in Somalidəki mövqelərinə havadan zərbə endirib
Paylaş
85 baxış·1 dəq oxu
Bakı. 3 noyabr. REPORT.AZ/ Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri ilk dəfə olaraq Somali ərazisində İŞİD-in mövqelərinə havadan zərbə endirib. “Report” xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. ABŞ sentyabrda İŞİD-in Liviyadakı düşərgəsinə zərbə endirmişdi.