"Report"un məlumatına görə, bu barədə "The Washington Post" yazıb.
Bildirilir ki, onlar Ağ Ev rəhbərinin gəlişinə etiraz edirlər.
"Mən bura ona görə gəlmişəm ki, müharibədən qorxuram. Əgər müharibə başlasa, hamımız öləcəyik", - deyə Tramp əleyhinə mitinqin iştirakçılarından biri deyib.
Etirazçılardan çoxunun əlindəki plakatlarda "Trampa yox – müharibəyə yox" – şüarları yazılıb.
Lakin qəzet qeyd edib ki, bir neçə kvartalda da digər nümayiş – Trampa dəstək aksiyası keçirilib. Ancaq dəstək aksiyası o qədər də çoxsaylı olmayıb.
Qeyd edək ki, Tramp bir müddət əvvəl Koreya Xalq Demokratik Respublikasını (KXDR) müharibə ilə hədələyib.