Türkiyə istehsalı olan “Ayla” filmi dünyada maraqla qarşılanır.

Publika.az Türkiyə mətbuatına istinadəbn xəbər verir ki, “Oskar”a namizəd göstərilən ekran işi 10 gündə 1 milyon tamaşaçı sayını keçərək izlənmə sayına görə rekord qırıb. Həmçinin iki həftə ard-arda kassada bilet satışına görə lider olub. Türkiyə film tarixində isə son 16 ilin ən çox baxılan ekran işi seçilib.

Film ailəsi öldürülmüş koreyalı balaca qızı ölümdən xilas edib 15 ay ərzində öz uşağı kimi baxan, müharibə bitdikdən sonra Türkiyəyə dönəndə Ayla adını qoyduğu qızından bir daha xəbər almayan Astsubay Süleyman Dilbirliğinin həyatından bəhs edir.

Məlumat üçün onu da bildirək ki, Beynəlxalq Asiya Film Festivalının açılışında Türkiyə istesalı olan film zalda hər kəsi ağladıb. Sözügedən festivalda 50-yə yaxın prodüser, rejissor və Amerika akademiya üzvləri iştirak edib. Bir çox kino tənqidçilərinin fikrincə, “Ayla” filmi bu ilki “Oskar” mükafatına ən real namizəddir.

Aytən