Milli iqtisadiyyatın inkişafında turizmin rolu

Azərbaycan iqtisadiyyatının inkişaf strategiyasında turizm prioritet istiqamət olaraq nəzərdə tutulub. İxtisaslaşmış turizmin yaradılması "iqtisadi inkişaf strategiyası"nda istinad edilən 11 sektordan (8 əsas, 3 yardımçı olmaqla) biridir. 2016-cı ildə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"ndə turizm üzrə "2020-ci ilədək tədbirlər planı", "2025-ci ilədək uzunmüddətli baxış" və "2025-ci ildən sonrakı dövr üçün hədəf baxış" hazırlanması da nəzərdə tutulub ki, ölkədə turizmin innovativ əsaslarla mərhələli artımını təmin etmək mümkün olsun. Görünür ki, indi Azərbaycanda turizmə mövsümi hadisə kimi deyil, iqtisadiyyatın diversifikasiyası üçün mühüm element olaraq yanaşılır.
Azərbaycan 2025-ci ilədək dünyada turistlərin ən çox üstünlük verdikləri 20 ixtisaslaşmış turizm məkanından birinə çevrilməkdə iddialıdır. Bunun üçün qonşu ölkələrlə yanaşı, qlobal miqyasda tanınan dövlətlərdən də turistlərin cəlb edilməsi diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, indiyədək Azərbaycana səfər edənlər arasında ilk üç yeri Rusiya, Gürcüstan və İran turistləri tuturlar. Digər ölkələrdən gələn turistlərin kəmiyyətini artırmaq üçün ölkədə çeşidli proqramlar həyata keçirilir. Bu sırada beynəlxalq brend tədbirlərin Azərbaycanda keçirilməsi də var. "Formula-1", "İslam Həmrəylik Oyunları", "Bakı-2015 Birinci Avropa Oyunları"nın Bakıda təşkil edilməsinin məqsədlərindən biri də turizm üzrə gözlənilən hədəflərə çatmaqdır.

"Baku shopping festival": planlar, gözləntilər, nəticələr

Növbəti Bakı Şopinq Festivalının tarixi açıqlandı