"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Hökumət saatı" çərçivəsində Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev məlumat verib.
"Qanun layihəsi Rusiyaya vizasız rejim ilə gələn əcnəbilərə aid olacaq. Onlar ölkədə qalma üçün 30 günlük müddət başa çatdıqdan sonra DİN-in ərazi orqanını faktiki qaldığı yer barədə məlumatlandırmalıdır. Belə bildiriş verilən zaman onlardan məcburi qaydada barmaq izləri götürüləcək və şəkilləri çəkiləcək", - deyə V.Kolokoltsov bildirib.
O, hazırda qanun layihəsinin nazirlik daxilində razılaşdırılma prosedurunu keçdiyini əlavə edib.