Polislər futbolçuları meydandan zirehli maşınla çıxarıblar

Polislər futbolçuları meydandan zirehli maşınla çıxarıblar
19:42 6 Aprel 2015
49 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ Qananın "Asante Kotoko" komandasının futbolçuları meydandan zirehli transportyorla (ZTR) çıxarılıb. 
"Report"un "TASS"a istinadən verdiyi məlumata görə, buna səbəb komandanın Afrika Çempionlar Liqasında "Ulmoy"a məğlub olmasıdır.
İki oyunda da məğlub olaraq növbəti mərhələyə vəsiqə qazana bilməyən "Asante Kotoko"nun azarkeşləri matçdan sonra insident yaradıb. Nəticədən əsəbləşən azarkeşlər futbolçularla danışmaq üçün meydana axışıblar. Polislər bunun kütləvi dava ilə nəticələnəcəyini görərək futbolçuları zirehli maşınla meydandan çıxarmağa qərar verib.
Qeyd edək ki, qarşılaşma "Ulmoy"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/futbolculari-meydandan-ztr-le-cixartdilar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR