Alimlər sübuta yetiriblər ki, monitor və televizor görmə qabiliyyətini korlamır

20:58 6 Aprel 2015
55 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Ohayo Dövlət Universitetinin tədqiqatçıları yeniyetmələrin görmə qabiliyyətinin pisləşməsi və onların kompüter və ya televizor qarşısında uzun müddət oturması arasında heç bir əlaqə tapmayıblar. “The Telegraph” yazır ki, bunu sübuta yetirmək üçün alimlərə 20 ildən çox vaxt tələb olunub.
AZƏRTAc xəbər verir ki, uzunmüddətli tədqiqatda 6-11 yaşlı 4500 uşaq iştirak edib. Uşaqları müşahidə edən alimlər onların görmə qabiliyyətində bütün dəyişiklikləri diqqətlə izləyiblər. Nəticədə tədqiqatçılar müəyyən ediblər ki, uzun müddət monitora və ya televizora baxmaq yaxındangörməyə və ya miopiyaya səbəb ola bilməz. Alimlərin fikrincə, kitab oxumaq da risk faktoru deyildir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Alimler_subuta_yetiribler_ki_monitor_ve_televizor_gorme_qabiliyyetini_korlamir-844039

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR