Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.

Ölkəmizin üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci ilin 28 aprelində Xalq Cümhuriyyəti süqut edəndən və Azərbaycan sovetləşəndən sonra respublikanın üçrəngli bayrağı da dəyişdirilərək qırmızı sovet bayrağı ilə əvəzlənib.

Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasnın bayrağı kimi qəbul edilib. Qərarda deyilirdi:

«İlk Azərbaycan Demokratik Respublikasının üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsis edilsin. Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi - dövlət gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin».

1991-ci il fevralın 5-də respublika Ali Sovetinin qərarı ilə üçrəngli və ay-ulduzlu bayraq yenidən Azərbaycanın dövlət bayrağı elan edilib. Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Metbuat.az oxucularına tarixi Azərbaycan dövlətlərinin bayraqlarını təqdim edir:

Midiya dövlətinin bayrağı

Tarixi Azərbaycan dövlətlərinin bayraqları

Azərbaycan Atabəylər dövlətinin bayrağı

Tarixi Azərbaycan dövlətlərinin bayraqları

Qaraqoyunlu dövlətinin bayrağı

Tarixi Azərbaycan dövlətlərinin bayraqları

Ağqoyunlu dövlətinin bayrağı

Tarixi Azərbaycan dövlətlərinin bayraqları

Şah İsmayıl Xətainin hakimiyyəti dövründə Səfəvilərin bayrağı

Tarixi Azərbaycan dövlətlərinin bayraqları

İrəvan xanlığının bayrağı

Tarixi Azərbaycan dövlətlərinin bayraqları

İrəvan xanlığının bayrağı

Tarixi Azərbaycan dövlətlərinin bayraqları

Cavad xanın dövründə Gəncə xanlığının bayrağı

Tarixi Azərbaycan dövlətlərinin bayraqları

Şahverdi xanın dövründə Gəncə xanlığının bayrağı

Tarixi Azərbaycan dövlətlərinin bayraqları

Bakı xanlığının bayrağı

Tarixi Azərbaycan dövlətlərinin bayraqları

Şəki xanlığının bayraqlarından biri

Tarixi Azərbaycan dövlətlərinin bayraqları

Mehdiqulu xanın dövründə Qarabağ xanlığının bayrağı

Tarixi Azərbaycan dövlətlərinin bayraqları

Azərbaycan Demokratik Respublikasının 1918-ci ildəki ilk bayrağı

Tarixi Azərbaycan dövlətlərinin bayraqları

Azərbaycan Demokratik Respublikasının 1918-ci ildəki ilk bayrağı

Tarixi Azərbaycan dövlətlərinin bayraqları

Azərbaycan SSR-nin 1920-1921ci illərdəki ilk bayrağı

Tarixi Azərbaycan dövlətlərinin bayraqları

Azərbaycan SSR-nin 1921-1922-ci illərdəki bayrağı

Tarixi Azərbaycan dövlətlərinin bayraqları

Azərbaycan SSR-nin 1922-1923-cü illərdəki bayrağı

Tarixi Azərbaycan dövlətlərinin bayraqları

Azərbaycan SSR-nin 1937-1939-cu illərdəki bayrağı

Tarixi Azərbaycan dövlətlərinin bayraqları

Azərbaycan SSR-nin 1939-1952-ci illərdəki bayrağı

Tarixi Azərbaycan dövlətlərinin bayraqları

Azərbaycan SSR-nin 1952-1991-ci illərdəki bayrağı

Tarixi Azərbaycan dövlətlərinin bayraqları

Azərbaycan Respublikasının Dövlət Bayrağı 1991 5 fevral

Tarixi Azərbaycan dövlətlərinin bayraqları

"Azərbaycanın heç bir maliyyə problemi, çətinliyi yoxdur" – Oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova / METBUAT.AZ