İraq hökuməti Ninevanın azad edilməsi üçün kürdlərlə əməkdaşlıq aparır

İraq hökuməti Ninevanın azad edilməsi üçün kürdlərlə əməkdaşlıq aparır
23:52 6 Aprel 2015
88 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ İraqın Baş naziri Hayder Əl-Abadi deyib ki, onun hökuməti ölkənin şimalında Nineva vilayətinin İslam Dövləti qrupunun tərəfdarlarından azad edilməsi üçün kürd rəsmilərlə əməkdaşlıq aparacaq.
"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, yarı-muxtar kürd regionunun paytaxtı İrbil şəhərində danışan Abadi İraq və Kürdüstan hökumətlərinin eyni düşmənlə üz-üzə gəldiyin deyib.
İraq Kürdüstanının lideri Məsud Barzani tərəflərin hərbi və təhlükəsizlik ekspertlərindən ibarət komitə yaradılması haqda razılığa gəldiyini bildirib.
Baş nazir Abadi və prezident Barzani Ninevanın nəzarətinin yaraqlıların əlində alınması planının tarixi ilə bağlı açıqlama verməyiblər.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-raq-hokumeti-ninevanin-azad-edilmesi-ucun-kurdlerle-emekdasliq-aparir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR