Şamaxı. 12 noyabr. REPORT.AZ/ Şamaxı şəhərinin Məhəmməd Əmin Rəsulzadə küçəsində iki piyadanı maşın vurub.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisəni törədən sürücü "VAZ-2107" markalı avtomobil ilə hadisə yerindən uzaqlaşarkən Mədrəsə qəsəbəsi istiqamətdə yol kənarındakı ağaca çırpılıb.
Nəticədə maşın deformasiyaya uğrayıb. Sürücü isə avtomobili tərk edərək naməlum istiqamətdə qaçıb.
Faktla bağlı araşdırma aparılır.