"Vətəndaşın sağlamlaşdırılması üçün büdcədə addımlar atılmalıdır. İnsanların sosial şərtlər altında əzilməməsi üçün işlər görülməlidir. Əgər bu gün prezident təqaüdçüsü özünə dərman ala bilmirsə, deməli, bu haqda ciddi düşünmək lazımdır".
Deputat həmçinin büdcəyə pul gətirən sahələrin inkişafına vəsait ayrılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, kinomotoqrafiyaya, turizmə ayrılan vəsait gələcəkdə büdcəyə gəlir gətirə bilər.