Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan-Misir Hökumətlərarası Komissiyasının iclası 2018-ci ilin fevral ayında Qahirədə keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə brifinqdə Misirin Azərbaycandakı səfiri Syuzan Cəmil bildirib.
Ümumiyyətlə, bu, Azərbaycanla Misir arasında iqtisadi, texniki və elmi əməkdaşlıq komissiyasının dördüncü iclası olacaq. Sonuncu iclas 2007-ci ildə Bakıda keçirilib.
Azərbaycan tərəfdən komissiyanın sədri iqtisadiyyat naziri Şahin Mustafayevin olacağı gözlənilir.