Küçə pişiyi xəstə qadını ağır yaralayıb

Yaponiyada küçə pişiyi yataq xəstəsi olan qadına ağır xəsarət yetirib.

Metbuat.az xəbər verir ki, hadisə Yaponiyanın “Mifune” adlı dağ qəsəbəsində baş verib. Gənc evə qayıdarkən yataq xəstəsi olan anasını üzü qanlı vəziyyətdə tapıb.

Üzündə 20-yə yaxın kəsik olan 82 yaşlı Mayuko Matsumoto dərhal xəstəxanaya aparılıb.

İlkin ehtimallara görə, qadının üzündəki xəsarətlərin pişik cırmağından yarandığı deyilir.

Polis faktla bağlı araşdırmaya başlayıb.

Aysel Yaqubqızı / Metbuat.az

Bankdan 250 min dollar pul oğurladılar - İnanılmaz...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR