Bankdan 250 min dollar pul oğurladılar

Hindistanda oğrular tunel qazaraq, “Bank of Baroda” bankının Mumbayi şəhərindəki şöbəsində şəxsi kassaların olduğu otağa giriblər.

Metbuat.az-ın məlumatına görə, onlar 12 metr uzunluğunda və 1 metr enində olan tunel qazıblar. Soyğunçular kassalardan təxminən 250 min dollar pul və zinət əşyaları oğurlayıb. Məlumata görə, bazar ertəsi günü işə gələn bank işçiləri oğurluğun fərqinə varıblar. Bu səbəbdən hadisənin həftə sonu baş verdiyi təxmin edilir.

Polisin məlumatına görə, oğrular 6 ay əvvəl planlarını həyata keçirmək üçün bankın yaxlınlığındakı mağazanı arendaya götürüblər. Onlar 2 ay ərzində tunel qazıblar və yeri qazan zaman götürülən torpağı mağazanın qarşısındakı boş əraziyə töküblər.

Hazırda hadisəni törədən şəxslərin tutulması üçün araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR