“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti nömrəsi işıq üzü görüb

11:28 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (ATM) rüblük mətbu orqanı olan “Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti nömrəsi çapdan çıxıb.
ATM-dan AZƏRTAC-a bildirilib ki, jurnalın bu nömrəsində Sol Bellounun “Gümüş nimçə” və Tomas Mannın “Balaca cənab Frideman” hekayələri, “Qədim sufilərin söylədikləri”, Eys Kriqenin şeirləri, Mixail Bulqakovun məktubları, Yohan Volfqanq Hötenin “Sənətdə həqiqət və həqiqətə bənzərlik haqqında” essesi, “Qıpçaq türkcəsindən tapmacalar”, Akira Kurosavanın “Qurbağa yağı satan” adlı memuarı, Haynrix Böllün “Və bircə kəlmə də demədi”, Migel Delibesin “Sərsəm” romanları yer alıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xezer_dunya_edebiyyati_jurnalinin_novbeti_nomresi_isiq_uzu_gorub-844142

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR