Vurğun Əyyub Müsavata meydan oxudu: "Nə istəyirlər, etsinlər"

Vurğun Əyyub Müsavata meydan oxudu: "Nə istəyirlər, etsinlər"
11:59 7 Aprel 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

“Müsavatçı artıq Müsavat Partiyasının üzvü olanda üzərinə öhdəlik götürüb. Mənim indi kiminsə qarşısında öhdəlik götürmək, kiməsə müraciət etmək niyyətim yoxdur”.

 

Bunu APA-ya açıqlamasındaMüsavat Partiyasının üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Vurğun Əyyub deyib.

 

V. Əyyub bildirib ki, partiya qarşısında öhdəlik götürməyəcəyi təqdirdə, deputatlığa namizədliyinin təsdiq olunmaması Məclisin problemi olacaq: “Məclis maraqlı olmalıdır ki, Vurğun Əyyub Müsavat adından seçkilərdə iştirak etsin. Bunlar məni maraqlandırmır. Heç bir ərizə yazmayacağam. Nə istəyirlərsə, edə bilərlər”.

 

Xatırladaq ki, Müsavat Partiyası Məclisinin aprelin 4-də keçirilən iclasında deputatlığa namizəd olmaq istəyən şəxslərin partiya başqanının adına ərizə yazması, partiya qarşısında öhdəlik götürməsini əks etdirən təlimat qəbul olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198468

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR