Prezident və ailəsi Məkkəni ziyarət etdi

Prezident və ailəsi Məkkəni ziyarət etdi
11:59 7 Aprel 2015
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıblar, məsciddə namaz qılıblar

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olublar. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri xüsusi libas geyinərək Əl-Həram məscidinə gəliblər.

 

Ziyarətgahın rəhbərləri dövlət başçısını mehribanlıqla qarşılayıblar. Azərbaycan prezidenti və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıblar, məsciddə namaz qılıblar.

 

Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlanıb. Azərbaycan prezidenti və ailə üzvləri bu iki təpə arasındakı məsafəni 7 dəfə qət ediblər.

 

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Kəbəyə daxil olublar, burada namaz qılıblar. Ümrə ziyarəti başa çatdıqdan sonra dövlət başçısı Əl-Həram məscidini seyr edib. Azərbaycan prezidentinə məscid haqqında ətraflı məlumat verilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198465

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR