Bu məşhurun əynindəki paltarlarla şəhərin mərkəzində bir ev və lüks maşın almaq olar - FOTO

Bu məşhurun əynindəki paltarlarla şəhərin mərkəzində bir ev və lüks maşın almaq olar - FOTO
09:58 16 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Demet Akalın lüks markalardan aldığı bahalı geyimlərlə gündəm yaradıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni dünən bəstəkar Ayla Çelikin doğum günündə iştirak edib. Çıxışda mətbuat nümayəndələrinin suallarını cavablandıran müğənni həmkarı Hadisənin “Tolerans” adlı iddialı klipi haqqında danışıb:

"Hadisəyə hər şey yaraşır. Klipi də çox gözəldir, amma o dekolteləri evlənəndən sonra görəcəyəm... Evlənməzdən əvvəl mən də dekolteli paltarla səhnəyə çıxır və klip çəkdirərdim, amma artıq alınmır".

Demet Akalın yaxınlarına aldığı bahalı hədiyyələrlə bağlı bunları deyib:

"Xəbərlərdə yazıldığı kimi çox bahalı hədiyyələr deyil. Hər kəsə qazancına görə hədiyyə alıram. Kerimcana aldığımız çantanı isə yalnız mən almamışam".

Demet Akalın Ayla Çelikin ad günü ziyafətində geyindiyi paltar və taxdığı bəzək əşyalarının sərvət dəyərində olduğu üzə çıxıb.

Müğənni ziyafətə 500 min lirəlik (təxminən 250 min manat) təkqaş üzük və “Rolex” markasından qiyməti 80 min lirə (təxminən 40 min manat) olan saat taxıb.

“Hermes” moda evindən olan çantasının dəyəri isə 30 min lirədir (təxminən 15 min manat). “Zara”dan 229 lirəyə (təxminən 115 manat) ətək geyinən Demet Akalın dəstini “Versace”dən qiyməti 8 min 200 lirə (təxminən 4100 manat) olan sviterlə tamamlayıb.

“Fendi” markasından olan eynəyin dəyəri isə 1400 lirədir (təxminən 700 manat).

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/220907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR