Vaqonların təmiri sexi istifadəyə verildi

"Nərimanov" elektrik deposunda metropoliten tarixində ən irimiqyaslı yeniliklərdən biri olan vaqonların əsaslı təmiri sexi istifadəyə verilib və burada ilk qatarın təmirinə başlanılıb.

Metbuat.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, uzunluğu 136 m, eni 24 m olan sexin metal konstruksiyası sendviç panellərlə örtülüb. Əmək şəraitinin maksimal tələblərinə cavab verən sahədə, layihə üzrə iki mərtəbədən ibarət işçi, yardımçı, sanitar-məişət və texniki otaqlar inşa olunub.

Məlumata görə, sexdə yüksək standartlı yanğın təhlükəsizliyi, havalandırma, ekoloji təmizliyin ən yüksək tələbləri nəzərə alınmaqla filtrasiya sistemləri quraşdırılıb. Sahələr 14, sexin damı 6 ventilyator və sexin divarı 12 kolorifel ilə təmin olunub. Səhmdar Cəmiyyətdən bildirilib ki, bu, yeni iş yerlərinin açılması, yeni tipli səriştəli kadrların hazırlanması, vaqon təmiri və istehsalı sənayesinin, həmçinin elmi-praktik potensialın möhkəm özülünün yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edərək ölkə iqtisadiyyatına əsaslı dəstəkdir.

Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi - Azərbaycanda - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR