Türkiyədə Xocalı faciəsi haqqında məlumatın əks olunduğu lövhə yararsız hala salınıb

Türkiyədə Xocalı faciəsi haqqında məlumatın əks olunduğu lövhə yararsız hala salınıb
16:05 7 Aprel 2015
122 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Manisa vilayətinin Turqutlu bələdiyyəsi ərazisindəki Xocalı parkında Xocalı faciəsi haqqında məlumatın əks olunduğu lövhə yararsız hala salınıb.

Bu barədə Trend Türkiyənin "Beyazgazete" saytına istinadən məlumat verir.

Turqutlu bələdiyyəsinin sədri Turqay Şirin faktla bağlı açıqlama verərək, lövhəni yararsız hala salanların tapılması üçün axtarışa başlandığını bildirib və tez bir zamanda parkda yeni lövhənin yerləşdiriləcəyini qeyd edib.

Məlumat üçün qeyd edək ki, bu il fevralın 28-də Türkiyənin Manisa şəhərinin Turqutlu bələdiyyəsində Xocalı Şəhidləri Parkı açılıb. Parkın açılış mərasimində Türkiyə parlamentinin deputatı Sinan Oğan, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Kənan Məmmədov, Türkiyə Azərbaycan Dərnəyinin sədri Ənvər Türkoğlu, bələdiyyə sədrinin müavinləri Hakan Sezer, İsgəndər Tunc, Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri, çox sayda yerli sakin iştirak edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/333273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR