Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqasına üzv ölkələrin xarici İşlər nazirləri arasında təcili toplantı keçirilib.
Metbuat.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanının çağırışı ilə baş tutan toplantının əsas müzakirə mövzusu İranla bağlı olub. Diplomatlar hesab edir ki, Tehranın addımları bölgənin sabitliyi üçün təhlükə təşkil edir.
İclasın yekunlarına dair 14 maddədən ibarət bəyanat qəbul olunub.
Sənəddə qeyd olunur ki, İranın Yəməndəki silahlı qruplaşmaları dəstəkləməsi və region ölkələrinin daxili işlərinə qarışması yaxşı qonşuluq siyasətinə ziddir.
Bundan əlavə, İranın təhlükəli davranışlarının BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması qərarə alınıb.
Sübhan / METBUAT.az