Play Store

Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilib

Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində “Balkanların Avropa gələcəyi” movzusunda konfrans keçirilib.

Diasporla iş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, NGBM İdarə Heyətinin üzvü, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Lagumdzijanın rəhbərliyi ilə təşkil olunan toplantıda Balkan ölkələrinin, digər Avropa dövlətlərinin və Amerika Birləşmiş Ştatlarının tanınmış siyasətçiləri, nüfuzlu beynəlxalq təşkilatların sabiq rəhbərləri iştirak edib.

Konfransı giriş sözü ilə açan Z.Lagumdzija NGBM-in fəaliyyəti barədə danışıb. O qeyd edib ki, Mərkəz fəailiyyət göstərdiyi 5 il ərzində dünyanın müxtəlif ölkələrindən onlarla nüfuzlu ictimai-siyasi xadimi öz sıralarında birləşdirib, təşkilatın keçirdiyi forumlarda yüzlərlə sabiq prezident, baş nazir və nazirlər iştirak edib. “Balkanların Avropa gələcəyi” movzusunda keçirilən bu günkü toplantının isə VI Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıdığını bildirən sabiq Baş nazir gələn il baş tutacaq Forumda bu mövzunun geniş müzakirə ediləcəyini vurğulayib.

Sonra Bosniya və Herseqovinanın Prezidentliyinin üzvü Bakir İzzetbegovic çıxış edərək, belə toplantılara və dialoqa çox böyük ehtiyac olduğu bir vaxtda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkldaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.

Daha sonra konfransda Bosniya və Herseqovina Baş nazirinin müavini Mirko Sarovic, Sarayevo şəhərinin meri Abdulah Skaka, Serbiyanin xarici işlər naziri İvica Dacic, Monteneqronun xarici işlər naziri Srdjan Darmanovic, Makedoniyanin keçmiş dövlət və hökumət başçısı olmuş Branko Crvenkovski və başqaları çıxış edib. Konfransda Bakanların Avropaya inteqrasiyası ilə bağlı mövcud problemlər və onların həll yolları, Avropa İttifaqının gələcəyi, üzv ölkələr, o cümlədən Balkanlar üçün təhlükəsizliyin təminatı, sosial-iqtisadi inkişaf perspektivləri, əməkdaşlığın gücləndirilməsi və digər mövzularda müzakirələr aparılıb.

Konfransda Çex Respublikasının sabiq Baş naziri Jan Fischer, Dunya Bankının sabiq vitse-prezidenti və İsveçrənin keçmiş xarici işlər naziri Mats Karlson, ABŞ Xarici Əlaqələr Milli Komissiyasının rəhbəri, ABŞ-ın BMT-dəki sabiq səfiri Rosemary Di Carlo və digər ictimai-siyasi xadimlər iştirak edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR