Azərbaycan çempionu "Qarabağ" sabah növbəti avrokubok sınağına çıxacaq.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasında mübarizə aparan təmsilçimiz V turda "Çelsi" ilə üz-üzə gələcək.
İngiltərə çempionu ilə qarşılaşma Qurban Qurbanovun yetirmələri üçün son ev qarşılaşması olacaq. Noyabrın 22-də keçiriləcək matç Azərbaycan klublarının bu tarixdə keçirəcəyi 2-ci qarşılaşmadı.
İndiyədək yalnız bir dəfə təmsilçimiz noyabrın 22-də qüvvəsini sınayıb. 5 il əvvəl Avropa Liqasının qrupuna yüksələn "Neftçi" Serbiya "Partizan"ının qəbul edib.
Bakıda baş tutan matçda çempionumuz 1 xal qazanıb - 1:1. Flavinyonun qol vurduğu matçda bakılılar 10-cu dəqiqədə hesabı açsa da, üstünlüyünü qoruya bilməmişdi.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində