“Bu tərzdə konsert vermək mənim uşaqlıq arzum idi. Nəhayət ki, arzumu gerçəkləşdirdim. Bu, çox böyük məsuliyyətdir. Ümid edirəm ki, imza atdığım bu konsertlə gənclərimiz unudulmaz əsərlərimizi dinləyər və sevər. Axı bu, bizim kökümüzdür”.

Publika.az xəbər verir ki, bu sözləri Dünən Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Dövlət Televiziyasının dəstəyi ilə keçirilən solo konserti zamanı müğənni Zamiq Hüseynov deyib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən musiqili gecədə Zamiqi Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrı müşayiət edib.

ZAMİQ stereotipləri QIRDI – ORKESTRLƏ konsert verdi – FOTO

Azərbaycan Dövlət Televiziyasının diktoru Nurlana Cəfərovanın aparıcısı olduğu konsertin irəliləyən dəqiqələrində Zamiq T.Quliyevin yaradıcılığından “Badamlı”, “Qəmgin mahnı”, “Neftçi mahnısı”, “Sevgilim” kimi dillər əzbəri olan bəstələri də səsləndirib.

Gecə maraqlı anlarla yadda qalıb. Belə ki, Zamiq Hüseynov, italyan bəstəkarı və müğənnisi Eduardo di Kapuanın yazdığı və dünyaca məşhur tenorlarını səsləndirdiyi “O sole mio” mahnısını ifa edib.

Bəstəni səsləndirmədən öncə həyəcanlı olduğunu bildirən ifaçı, bunun öhdəsindən gəlməyi bacarıb.

ZAMİQ stereotipləri QIRDI – ORKESTRLƏ konsert verdi – FOTO

Mərhum Xalq artisti İlhamə Quliyevanın repertuarında yer alan “Kaman” mahnısı isə konsert üçün xüsusi olaraq nota alınıb və simfonik orkestrın müşayiəti ilə səslənib. Bəstə tamaşaçılar tərəfindən böyük alqışla qarşılanıb.

Bəstəkar mahnılarından ibarət gecədə ifaçı öz repertuarından “Sən necə də gözəlsən” mahnısını da oxumağı özünə borc bilib.

ZAMİQ stereotipləri QIRDI – ORKESTRLƏ konsert verdi – FOTO

Gecədə diqqət çəkən məqamlardan biri də Z.Hüseynovun sənət dostlarının konsertə gəlməməsi olub. Müğənni həmkarlarını konsertə dəvət etməməsinə belə aydınlıq gətirib:

“Həmkarlarımdan və müəllimlərimdən heç kimi dəvət etməmişəm. Çünki həm konsertin, həm də orkestrin həyəcanı var. Zalda əyləşənləri görsəydim həyəcanım daha da artacaqdı. Ona görə də məni düzgün anlasınlar”.

Pərviz Hüseyn