Dünyanın dördüncü ən güclü ordusu hesab olunan Şimali Koreya ordusunda uzun müddət xidmət edən qadın hərbi qulluqçu başına gələnləri və qadınların çəkdiyi əziyyəti mətbuata açıqlayıb. O bildirib ki, orduda təcavüz qaçılmazdır.
Milli.Az BBC-yə istinadla xəbər verir ki, 10 il Şimali Koreya ordusunda xidmət edən qadın hərbi qulluqçu Lee So Yeon orduya qatılandan bir neçə ay sonra mensturasiya belə olmadığını söyləyib.
Lee So Yeon dediklərinə görə, onlar illərlə 2 mərtəbəli yataqların olduğu kiçik yataqxanalarda 20-30 qadınla birlikdə yatıblar. Çarpayıların arasında isə dolablar qoyulub. Dolablar içərisinə təmizlik ləvazimatları və forma qoymaq üçün istifadə edilib. Üzərində isə iki ədəd portret qoyulub. Bunlardan biri Şimali Koreyanın banisi Kim Il-Sung digəri isə Kim Jong-ildir.
"Bir neçə il keçməsinə baxmayaraq yataqxananın və döşəklərin qoxusu burnumdan getmir. Tez-tez tərləyirdik. Döşəklər isə pambıqdan deyildi. Döşəklərin içərisinə çəltik doldurulmuşdu. Bu səbəbdən də bədənimizin təri və digər qoxuları döşəyə hopurdu.
Duş qəbul etmək ən böyük problemlərimizdən biri idi. Normal şəkildə duş qəbul edə bilmirdik. Həm isti su olmurdu, həm də su bırbaşa şlanqdan gəlirdi. Bəzən şlanqların içərisindən qurbağa belə çıxırdı".
"Xidmətə başladıqdan 6 ay sonra normal qidalanmadığımıza və daima stress altında olduğumuza görə mensturasiyam dayandı. Əslində, mən və oradakı bütün qadınlar buna çox sevinirdik. Çünki təmizlənmək üçün şəratimiz yox idi".
O bildirib ki, qadınlar üçün ayrı ayaqyolu yox idi. Hətta bəzən qadınlar kişilərin gözü qarşısında təbii ehtiyaclarını ödəməyə məcbur edilirdilər.
Lee So Yeon hərbi xidmətdə olduğu 1992-2001-ci illər ərzində təcavüzə məruz qalmadığını, lakin tağım yoldaşlarının komandirlər tərəfindən zorlandıqlarını söyləyib.
Universitet professorunun qızı olan Lee So Yeonun hazırda 41 yaşı var. O, ölkənin şimalında doğulub, böyüyüb. Onun qardaşları da hərbçi olub. Lee 1990-cı illərdə aclığın ölkədə hökm sürdüyü dönəmlərdə ən azından yemək yeyə biləcək düşüncəsi ilə könüllü olaraq orduya yazılıb. Həmin dövrdə onunla birgə yüzlərlə qadın da orduya qoşulub.
Lee So Yeon 28 yaşında ordunu tərk etmək qərarına gəlib və 2008-ci ildə Cənubi Koreyaya qaçıb.
Emin
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində