Bakı. 21 noyabr. REPORT.AZ/ Livanın istefa vermiş baş naziri Səəd Həriri Parisdən Misirin paytaxtı Qahirəyə səfər edib.
“Report” “France Press”ə istinadən xəbər verir ki, bu haqda Paris Hava limanları İdarəsi bildirib.
İnformasiyaya əsasən, Misir prezidenti Abdülfəttha Sisi ilə Səəd Həriri Livan və bölgədəki vəziyyəti müzakirə edəcək.
Qeyd edək ki, Səəd Həriri Fransa prezidenti İmanuel Makronun dəvəti əsasında ailəsi ilə birlikdə Parisə səfər etmişdi. Noyabrın 3-də Səudiyyə Ərəbistanın iuşgüzar səfərdə olan S.Həriri Ər-Riyadda televiziya vasitəsi ilə çıxışında istefa verdiyinin bildirmişdi.
Noyabrın 12-də isə o, Livan hökuməti tərəfndən elan olunan neytralitet prinsipinə əməl ediləcəyi və bölgədəki münaqişələrdən çıxacağı halda istefa verməkdən imtina etməyə hazır olduğunun demişdi .