Zimbabve prezidenti postundan

Zimbabve parlamenti prezident Robert Muqabeyə impiçment elan edib.

Metbuat.az-ın məlumatına görə, prezidentə səlahiyyətlərini təhvil vermək üçün bir sutka vaxt verilib.

Qeyd edək ki, noyabrın 14-də axşam saatlarında hərbçilər ölkədə əsas obyektləri nəzarət altına alıblar. Növbəti gün Muqabe və onun xanımı Qreys saxlanılıb.

Zimbabve prezidenti istefaya getmək təklifini qəbul etməyib. O, seçki keçirilmədən postunu tərk etməyəcəyini bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR