Yəməndəki münaqişə 70-dən çox uşağın ölümünə səbəb olub

Yəməndəki münaqişə 70-dən çox uşağın ölümünə səbəb olub
17:13 7 Aprel 2015
56 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
UNICEF-dən (BMT-nin uşaq fondu) verilən məlumata görə, Yəməndə hərbi əməliyyatlar zamanı ən azı 74 uşaq həlak olub.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, uşaqların həlak olduqlarını, xəsarət aldıqlarını və öz evlərini tərk etmək məcburiyyətində qaldıqlarını deyən UNICEF-in Yəməndəki nümayəndəsi Jülyen Harnis onların bütün münaqişə tərəflərinin beynəlxalq humanitar hüquq normalarına uyğun xüsusi münasibətinə ehtiyac duyduqlarını deyib.
Qeyd edək ki, Yəməndə “Ənsar Allah” hərəkatının tərəfdarları şiə üsyançılarının hakimiyyəti ələ keçirdikdən və ölkənin ən iri ikinci şəhəri Ədənə hücumlarından sonra Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri onların mövqelərinə hava zərbələri endirməyə başlayıb. Yəməndə qanuni prezident Abd Rabbo Mənsur Hadi və onun hökumətinin bərpa olunmasına yönələn “Qətiyyət tufanı” adı altında aparılan əməliyyatlara sonradan Misir, İordaniya, Mərakeş, Pakistan və Sudan da qoşulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yemendeki_munaqise_70_den_chox_usagin_olumune_sebeb_olub-844290

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR