Bu qadının 37 yaşı, 38 uşağı var - FOTO

Uqanda Respublikasının Kambimbiri kəndində yaşayan 37 yaşlı qadının 38 uşağı var.

Metbuat.az xəbər verir ki, 37 yaşlı Məryəm Nabatanzi adlı qadın 12 yaşında evlənib. O, ilk uşağını 13 yaşında dünyaya gətirib. Hazırda onun 10 qızı, 28 oğlu var. Nabatanzi 3 dəfə əkiz və üçəm, 3 dəfə də dördəm dünyaya gətirib. Ən böyük uşağı 23 yaşında, ən kiçiyi isə bir neçə aylıqdır. Artıq uşaq sahibi olmaq istəməyən Nabatanzinin son doğuşda uşaqlığı alınıb.

Aysel Yaqubqızı / Metbuat.az

Putin-Tramp danışığının mövzuları açıqlandı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR