Dövlət Kukla Teatrında “Ağ babanın nağılı” tamaşasının premyerası keçiriləcək

17:52 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 17:43 ]


Bakı. Cavid Zeynallı - APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Ağ babanın nağılı” tamaşasına ictimai baxış olub.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xalq nağılı “Qoca ilə Şir“in motivləri əsasında səhnələşdirilən tamaşanın rejissoru Qurban Məsimov, rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı əməkdar artist Anar Hüseynlidir. Səhnə əsərində əsas obrazları teatrın aparıcı aktyorları - əməkdar artist Rəhman Rəhimov, aktyorlar Cavid İbrahimov, Elnur Abbasquliyev, Rəhilə İbadova, Samirə Nəcəfova, Elnur Xəlilov, Firuzə Nəsibli ifa edirlər.

 

Tamaşanın premyerası aprelin ortalarında baş tutacaq.

                                                                                            


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378757

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR