Qeyd edək ki, artıq Kamerun, Niger, Norveç və Kolumbiya təklifi rədd edib. Misir və Braziliya isə iştirak etsə də, hasilatın azaldılması ilə bağlı anlaşmaya qatılmayacaq.
Xatırladaq ki, hazırda OPEC+ neft hasilatının azaldılması ilə bağlı anlaşmada OPEC-ə daxil olmayan 10 ölkə iştirak edir. Bunların arasında Azərbaycanla yanaşı Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan və Cənubi Sudan var.