İnstaqramda başqasının “Hekayə”sinə ANONİM BAXMAĞIN YOLU – FOTO

İnstaqramda başqasının “Hekayə”sinə ANONİM BAXMAĞIN YOLU – FOTO
16:58 24 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

İnstaqram istifadəçiləri izlədikləri və hesabı hər kəsə açıq olan insanların hekayələrini görə bilirlər. Eyni zamanda istifadəçilər də paylaşdıqların hekayələrə kimlərin baxdığını asanlıqla bilirlər.

Həyatımızda elə insanlar olur ki, onları gizli şəkildə izləmək, gündəlik nələr etdiyini bilmək istəyirik. Paylaşımların da 90%-nin “story” bölməsində olduğunu nəzərə alsaq, bu, qeyri-mümkün görünür.

Publika.az xəbər verir ki, yeni texnologiya sayəsində artıq bu da mümkündür. Yəni, siz anonim şəkildə girib başqasının hekayəsinə baxa bilərsiniz. Bəs bunu necə etmək olar?

Öncəliklə qeyd edək ki, bu proses yalnız kompüter vasitəsilə mümkündür. Hesabınızı anonim etmək üçünsə aşağıdakı əməllərə riayət etməyiniz lazımdır.

İlk olaraq, “Chrome” brauzerindən “IG Story” proqramını yükləyirsiniz.

Daha sonra instaqram hesabınıza daxil olursunuz.

“Story” bölməsinin sağ üst hissəsində göz işarəsinə toxunub, deaktiv edirsiniz.

Bu prosesdən sonra istənilən adamın hesabına daxil olub, anonim şəkildə izləyə bilərsiniz.

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/221976.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR