Müğənni Təranə-Musa cütlüyü aparıcı Zaur Kamalın gözlənilməz sualı ilə qarşılaşıb. Lent.az-ın məlumatına görə, “5/5” verilişinə qonaq olan cütlüyə aparıcı “Niyə Musa müəllim qonaq otağına girəndə qapını döyüb girir? Deyir ki, Təranə xanım gəlmək olar?” sualını verib. T.Qumral isə ona cavab olaraq “Bunu kim dedi? Başa düşmürəm. Bizimlə kim yaşayır ki, onu da bilə. Yalan deyirlər. Düşmənçilik edirlər. Təranə xanım qonaq otağında oturmur”.
Daha sonra suala M.Musayev cavab verib: “Dediniz hara girəndə? Evimin qapısını döyüb girməliyəm? İçəridə hansısa qızım olarsa, paltarlarını dəyişərlərsə, onda qapını döyərəm. Təranə içəridə olanda mən niyə qapı döyməliyəm ki?”