Xızıda 130 ədəd partlamamış hərbi sursat aşkarlandı

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan Metbuataz-a daxil olan məlumata əsasən, noyabrın 24-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 130 ədəd partlamamış hərbi sursat (PHS), 157 ədəd partlamış-yanmış mərmi qalıqları və 254 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 432 977 kv.m (43.30 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 79 gün ərzində 19 904 ədəd partlamamış hərbi sursat (PHS), 9 473 ədəd partlamış-yanmış sursat qalıqları və 70 418 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 70 599 262 kv.m (7 060 ha) ərazi yoxlanılıb.

Ermənilər minaatanlarla atəşkəsi - 146 dəfə pozdu - Oxumaq üçün tıkla



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR