Millət vəkili Qənirə Paşayeva Benin, Burkina Faso və Kamerunun tanıınmış təşkilat rəhbərləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, Q. Paşayeva Benin, Burkina Faso və Kamerun ictimai xadim qadınları, tanınmış təşkilat və QHT rəhbərləri ilə görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb. Millət vəkili onlara 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır. Benin, Burkina Faso və Kamerun heyət üzvləri də Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiyini deyərək ölkələrimiz arasında münasibətlərin getdikcə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. Ölkələrimizin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərdə ölkələrimiz arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb. Millət vəkili Q.Paşayeva görüşlərin sonunda onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.
Qənirə Paşayeva Benin, Burkina Faso və Kamerun ictimai xadimləri ilə görüşdü
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Tbilisi - Bakı qatarı gecikmə ilə yola düşüb
news.lent.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Prezident və xanımı Zəfər parkında - VİDEO
Bu gün
·
12:52
Sentyabrın 28-də Bakıda hava necə olacaq?
Bu gün
·
12:46
Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO
Bu gün
·
12:28
Şahin Bağırov ona vəzifə verdi - FOTO
Bu gün
·
12:10
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Bu gün
·
12:06
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı
Bu gün
·
11:53
Göyçayda Vətən müharibəsi şəhidləri ziyarət edilir - FOTO
Bu gün
·
11:47
Lerik rayonunda zəlzələ oldu
Bu gün
·
11:35
Prezident və xanımı Anım Günü ilə əlaqədar Zəfər parkında olublar
Bu gün
·
10:29
Azərbaycan millisi Litva üz-üzə gələcək
Bu gün
·
09:40
Hərbçilərin ölümünə görə müdafiə naziri işdən çıxarıldı
Bu gün
·
09:30
XİN Anım Günü ilə bağlı bəyanat yaydı
Bu gün
·
09:16
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Bu gün
·
09:10
Bu gün 1 dəqiqəlik sükut olacaq
Bu gün
·
08:30
Bu ölkənin BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyi irəli sürülüb
Bu gün
·
01:30