Vəbadan ölənlərin sayı artıb

Yəməndə vəba epidemiyasından ölənlərin sayı 2 min 218 nəfərə yüksəlib.

Metbuat.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, epidemiyanın ortaya çıxdığı 27 aprel tarixindən bu günə qədər ölkə daxilində 955 min 516 şübhəli vəba xəstəsi qeydə alınıb. Onlardan 2 min 218 nəfər isə dünyasını dəyişib.

Xəstəliyin Yəmənin 22 vilayətindən 21-də yayıldığı bildirilir. Adalardan ibarət Sokotrada isə bu xəstəliyə rast gəlinmir.

Yəməndə uzun müddət davam edən münaqişələr, ölkədaxilində təmiz suyun olmaması və tullantıların toplanmaması vəbaya yoluxma riskini artırır.

Aysel Yaqubqızı / Metbuat.az

Bu əşyalardan İSTİFADƏ ETMƏYİN! - XƏRÇƏNG ola bilərsiniz


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR