Müğənni Kərim Abbasovun “ATV maqazin onlarla” proqramında dediyi “Özümdən başqa zövqlü insan görmürəm” sözlərinə müğənni Elvin Abdullayev sərt reaksiya verib.
Publika.az xəbər verir ki, elə eyni proqramda Elvin Kərimi qınayaraq onu cılız adlandırıb:
“Heç xoşum gəlmir ki, özüm-özümü tərifləyim. Mən sənətkaram, beləyəm, eləyəm demək cılızlıqdır. Qoy, kənardakı sənə o sözü desin. Belə deməklə, özüm-özümü aldatmış oluram. Kim efirdə özünü tərifləyirsə, onlardan xoşum gəlmir”.
O, daha sonra şou-biznesdə olan zövqlü kişilərin adını çəkib:
“Rəhim Rəhimli, Elçin Cəfərov, Zamiq Hüseynov, bir də mən zövqlüyəm. Heç kim gəlib üzümə “sən zövqsüzsən” deyə bilməz”.
Pərviz Hüseyn