Marneulidə 9 aprel faciəsinin qurbanları anılıb - FOTOSESSİYA

07:32 8 Aprel 2015
48 Dünya
Ölkə mətbuatı
A- A+

[ 08 Aprel 2015 07:20 ]


Marneuli. Nizami Məmmədzadə-APA. Aprelin 7-də Marneuli rayon icra hakimiyyətinin iclas salonunda azərbaycandilli orta məktəblərdə dövlət dilini tədris edən müəllimlərin təşkilatçılığı və azərbaycanlı şagirdlərin iştirakı ilə 9 aprel faciəsinin qurbanları anılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili, Marneulidəki Sabirkənd, Qasımlı və Kosalı kənd orta məktəblərin şagirdləri və gürcü dilini tədris edən müəllimlər iştirak edib. Tədbirdə 9 aprel hadisələri zamanı xəsarət alan Lela Vepxvadze faciə zamanı şahidi olduğu hadisələr haqqında şagirdlərə məlumat verib. O, bu faciənin Gürcüstanın müstəqillik və azadlığına doğru atılan müqəddəs bir addım olduğunu bildirib.

 

Tədbirdə məktəb müəllimləri 9 aprel faciəsinin əhəmiyyətindən danışıblar. Marneuli rayon icra hakimiyyətinin rəhbəri Merab Topçişvili  çıxışında hər il Marneulidə 9 aprel faciəsinin qurbanlarına həsr olunan anım mərasimləri keçirildiyini və bu tarixi qəhrəmanlığın yaddaşlara yazıldığını bildirib.

 

Tədbirdə faciə qurbanlarının xatirəsi gül-çiçəklərlə yad edilib, şamlar yandırılıb, şerlər səsləndirilib və qəhrəmanlara həsr olunan mahnılar oxunub.

 

Xatırladaq ki, bu il 9 aprel faciəsinin 26-cı ildönümüdür. 1989-cu il aprelin 9-da Sovet Ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən gecə saat 04:00-da Gürcüstan parlamenti qarşısında aksiya iştirakçılarına güc tətbiq edilib, zəhərli qazdan və güllələrdən istifadə edilib. Nəticədə 16 nəfər qadın həlak olub, sonradan daha 4 nəfər yaralı vəfat edib. Hadisə zamanı ümumilikdə 20 nəfər faciə qurbanı olub. Hadisə zamanı hamilə qadınlar və yuxarı sinif şagirdləri aldıqları xəsarətdən həlak olublar.

 

Faciədən 2 il keçəndən sonra 1991-ci il martın 31-də keçirilən referendum əsasında Gürcüstan müstəqilliyini elan edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378798

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR