ABŞ-ın nüfuzlu qəzetində Azərbaycan Dağ Yəhudiləri İcması sədrinin məqaləsi dərc olunub

ABŞ-ın nüfuzlu qəzetində Azərbaycan Dağ Yəhudiləri İcması sədrinin məqaləsi dərc olunub
08:13 8 Aprel 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+


Vaşinqton, 8 aprel, AZƏRTAC
ABŞ-ın böyük yəhudi qəzetlərindən olan, Los-Ancelesdə buraxılan “Jewish Journal”da Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevin geniş məqaləsi dərc olunub. “Azərbaycan və ABŞ yəhudiləri: müstəsna əlaqələri qeyd edərkən” başlıqlı məqalədə müəllif, Azərbaycanda və Los-Ancelesdə yaşayan yəhudilər arasında qurulmuş münasibətlərdən, Azərbaycanın tarixi tolerantlıq ənənələrindən bəhs edir və ölkəmizdə yaşayan dini icmalara, o cümlədən yəhudi icmasına göstərilən diqqətdən söz açıb.
M.Yevdayev 2015-ci ilin fevral ayında Los-Ancelesin yəhudi icması tərəfindən Azərbaycan Dağ Yəhudiləri İcmasına Tövratın (Sefer Torah) hədiyyə edilməsini tarixi hadisə hesab edərək, bu hadisə nəticəsində ABŞ ictimaiyyətinin Azərbaycanda dini etiqadlara göstərilən ehtiram barədə bir daha məlumatlandığını qeyd edib. O bildirib ki, dağ yəhudiləri 2000 ildən çoxdur ki, Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayır. Yəhudi icmasına göstərilən qayğıdan bəhs edən müəllif vurğulayıb ki, dünyəvi müsəlman ölkəsi olan Azərbaycanda yəhudilərin dinc şəraitdə, daim hörmət görərək yaşamalarının və öz dini etiqadlarına azad şəkildə əməl etmələrinin qarantı Azərbaycan hökuməti və xalqıdır.
Eyni zamanda, M.Yevdayevin məqaləsində qeyd edilib ki, Azərbaycan öz tolerantlığı ilə bütün dünya üçün gözəl bir nümunədir. “Azərbaycan, öz müsbət nümunəsi ilə müsəlman, yəhudi və xristianların sülh, qarşılıqlı hörmət və ehtiram şəraitində birgə yaşamasının mümkünlüyünü sübut edir”, - deyə müəllif vurğulayıb.
Məqalənin mətini ilə bu linkdə tanış olmaq olar: http://www.jewishjournal.com/opinion/article/jews_of_azerbaijan_and_united_states_in_celebration_of_our_transcendent_con 
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_in_nufuzlu_qezetinde_Azerbaycan_Dag_Yehudileri_Icmasi_sedrinin_meqalesi_derc_olunub-844449

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR