Bakı. 28 noyabr. REPORT.AZ/ “Bank of Baku” ASC yeni müştərilərini “Dostlar klubu”na qoşulmağa çağırır.
"Report" bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, artıq “Bank of Baku” ilə uzun illər əməkdaşlıq edən köhnə müştərilərlə yanaşı, yeni müştərilər də bu virtual klubun üvzü olaraq, “Dostlar Klubu”nun bütün imtiyazlarından faydalana bilər.
"Dost Dosta hər zaman dəstək olmalıdır" fikrini əsas götürən və fəaliyyətini bu istiqamətdə quran "Bank of Baku" “Dostlar klubu”nun üzvlərinə maddi ehtiyaclarını təcili qarşılaya bilmələri üçün ekspress kredit xətti təqdim edir. Müştərilər Bankla əməkdaşlıq dövrlərindən asılı olaraq “Dostlar Klubu”na qoşulmaqla kartlar əldə edə bilərlər.
Kartın növü Kimə verilir? Kreditin məbləği Gümüş Standart Bankla əməkdaşlıq müddəti 12 aya qədər olan və Bankın yeni müştəriləri 100 manat Gümüş Bankla əməkdaşlıq müddəti 12 aydan 35 ayadək olan müştərilər 200 manat Qızıl Bankla əməkdaşlıq müddəti 36 aydan 59 ayadək olan müştərilər 300 manat Brilliant Bankla əməkdaşlıq müddəti 60 ay və daha artıq olan müştərilər 400 manat
“Dostlar Klubu”nun üzvləri ekspress kredit xəttindən faydalanmaqla yanaşı, Bankın xidmət və məhsullarından istifadədə xüsusi güzəştlər və imtiyazlar qazanacaqlar. Belə ki, digər kredit növləri üzrə edilən hər bir ödəniş, kart sahibinə əlavə BONUS qazandırmaqla, yeni kredit müraciətlərinin güzəştli şərtlərlə həyata keçirilməsinə imkan yaradacaq. Yəni, toplanan BONUS məbləğindən istifadə etməklə müştərilər növbəti krediti komissiyasız, üstəlk daha endirimli faizlərlə əldə edə biləcəklər.
Qeyd edək ki, köhnə “Dostlar Klubu” üzvlərinin kartlarında topladıqları BONUS-lar yenidən aktiv olunmaqla onların tam istifadəsinə verilir.