Yenə qaz olmayacaq

Yenə qaz olmayacaq
09:46 8 Aprel 2015
47 Sosial
Ölkə mətbuatı
A- A+

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 13:00-dək Nərimanov, saat 18:00-dək Ağstafa və Qazax, işlər başa çatanadək isə Binəqədi və Suraxanı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi və qaz tənzimləyici qurğuların quraşdırılması ilə əlaqədardır.

Qeyd edək ki, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 1 yanvar 2014-cü il tarixə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 647 min 906-a çatıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=336567

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR