Türkiyə ordusu Afrin əməliyyatlarına yaxın günlərdə

Türkiyə yaxın günlərdə Afrin əməliyyatlarına başlaya bilər.

Metbuat.az-ın məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının yekunları bunu deməyə əsas verir.

Bildirilir ki, toplantıda bu məsələ ətraflı müzakirə olunub. Şuranın yekunlarına dair bəyanatda qeyd olunur ki, silahlı qüvvələr Suriyanın İdlib şəhərində qarşıya qoyulan tapşırığın öhdəsindən uğurla gəlir. Bu əməliyyatların Hələb və Afrin şəhərləri istiqamətində genişləndirilməsi məqsədəuyğun hesab edilib.

Yerli mənbələr əməliyyatlara hazırlıqların ən gec iki ay ərzində başa çatacağını yazır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR