Bu şəhər, həqiqətən, çox gözəldir" - "Yenidən Bakıya gəlməyi səbrsizliklə gözləyirəm.

2017 Formula 1 Dünya Çempionatı başa çatdıqdan dərhal sonra Red Bull komandasının avstraliyalı pilotu Daniel Rikkardo dünən Bakıya gəlib. Çempionatın 5-ci ən güclü pilotu seçilən D.Rikkardo ötən yay Bakı Şəhər Halqasında baş tutmuş möhtəşəm yarışı birinci bitirməklə builki çempionatda qazandığı yeganə qələbənin sevincini təkrar yaşamaq üçün Azərbaycanın paytaxtına səfər edib.

Rikkardo Bakıya heyran oldu - Formula 1 pilotuna "Qarabağ"dan hədiyyə - FOTOSESSİYA

BŞH-dən Milli.Az-a verilən məlumata görə, D.Rikkardo Bakıya səfərinin ilk günündə möhtəşəm qələbə qazandığı trekdə gəzintiyə çıxdı və trekin ən maraqlı yerlərinə, o cümlədən Formula 1 tarixində ən əlamətdar yerlərdən birinə çevrilmiş 7,6 metrlik ən ensiz yerə - İçərişəhər divarlarının yanından keçən 8-11-ci döngələrdəki hissəyə baş çəkib. O, həmçinin Bakının tarixi Qız Qalasının yaxınlığında yerləşən 18-ci döngədə və trekin gözəl mənzərəyə sahib Dənizkənarı Bulvara paralel olaraq uzanan "iki istiqamətli" hissəsində də olub.

Rikkardo Bakıya heyran oldu - Formula 1 pilotuna "Qarabağ"dan hədiyyə - FOTOSESSİYA

Trek gəzintisindən başqa D.Rikkardo UEFA Çempionlar Liqasında mübarizə aparan ilk Azərbaycan komandası "Qarabağ" FK-nın heyəti ilə də görüşüb. Red Bull pilotunun ziyarəti zamanı komanda gələn həftə "Roma" komandası ilə keçirəcəyi növbəti görüşə hazırlıqlarını davam etdirirdi. Burada Red Bull pilotu komandanın təlim-məşq keçirdiyi meydana çıxaraq öz futbol bacarığını nümayiş etdirib.
Rikkardo Bakıya heyran oldu - Formula 1 pilotuna "Qarabağ"dan hədiyyə - FOTOSESSİYA

Rikkardo Bakıya heyran oldu - Formula 1 pilotuna "Qarabağ"dan hədiyyə - FOTOSESSİYA

“Formula-1”in pilotu Azərbaycan milli rəqsini oynadı - VİDEO